“Siyasi müdriklik gözləməyə dəyməz”- Peskov Consonun mümkün qayıdışını şərh etdi

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Boris Consonun Britaniya Baş naziri postuna mümkün qayıdışı ilə bağlı xəbərləri şərh edib.

Azpost.info xəbər verir ki, Peskov bunun Böyük Britaniyanın daxili işi olduğunu və Rusiyanın başqa ölkələrdən fərqli olaraq, başqalarının işinə qarışmaq vərdişində olmadığını deyib.

“Heç kimdən siyasi müdriklik gözləməyə dəyməz. Xüsusən də hökumət başçısının seçilmədiyi Böyük Britaniyadan. Orada Baş nazir partiyalardakı təlatümlər nəticəsində ortaya çıxır”, – Peskov bildirib.

Azpost.info

 

Əvvəlki məqalə

Kreml Putinin Berluskoniyə hədiyyəsi ilə bağlı xəbərlərə reaksiya verib

Sonrakı məqalə

Aİ sammitinin iştirakçıları Çini müzakirə edərkən mobil telefonları təhvil veriblər