Siyavuş Novruzov:“Milyardları altına yığan məmurlar bu gün cəzalarını çəkirlər”

Millət vəkili, YAP İcra katibinin müavini Siyavuş Novruzov Speys TV-nin “Sadə Həqiqətlər” verilişində maraqlı açıqlamalar verib.

Deputat son günlər külli miqdarda borcu olan və buna görə deputatlıq vəsiqəsini girov qoyan Rəfael Cəbrayılovu gözləyən aqibətə də aydınlıq gətirib:

“Belə bir fakt varsa ki, iki variantdan biri seçilməlidir. Ya dünya praktikasında olduğu kimi mədəni qaydada özü istefa verməlidir, ya da İntizam komissiyası daxili nizamnamənin tələblərinə uyğun olaraq addımlar atmalıdır”, – deyə S.Novruzov bildirib.

Millət vəkili həmçinin bir müddət əvvəl keçmiş məmurlar, onların milyardlarla vəsait mənimsəməsi ilə bağlı verdiyi qalmaqallı açıqlama barədə də danışıb. Deputat konkret adlar çəkməsə də, belə şəxslərdən ikisinə işarə vurub:

“Milyardları altına yığanlar bu gün məsuliyyətdədir, cəzalarını çəkirlər. Azərbaycanda MTN və Beynəlxalq Bank əməliyyatı oldu. Dövlət həmin insanları müəyyənləşdirdi və məsuliyyətə cəlb etdi”. (Axar.az)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gəncədə 8-ci sinif sagirdi itkin düşüb

Sonrakı məqalə

DİN Göygöldə 5 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yaydı