Siyavuş Novruzovun həyat yoldaşının Ombudsman postuna namizədliyi irəli sürülüb –

Digər namizədlər kimdir? (FOTO)
21 Noyabr 2019 - 21:00

Sabah Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçiriləcək.

APA-nın xəbərinə görə, iclasda Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlərlə bağlı məsələ müzakirə olunacaq.

Prezident İlham Əliyev Ombudsman vəzifəsinə 3 nəfərin namizədliyini irəli sürüb.

Namizədlər Bakı Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abiyeva, Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyevadır.

Hazırda Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovadır.

Kəmalə Abıyeva 1979-cu ildə anadan olub. 2000-ci ildə BDU-nun hüquq fakultəsinin bitirib.  2006-2008-ci ildə Ali Məhkəmədə məsləhətçi, iclas katibi,  hakim köməkçisi,  2013-cü ildə  Bakı Apellyasiya Məhkəməsinin hakimi, 2018-ci ildən Bakı Apellyasiya Məhkəməsi sədrinin müavinidir.

Uniklal.org-un əldə etdiyi məlumata görə, Milli Məclisin plenar iclasında  Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Əliyeva Səbinə Yaşar qızı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçiləcək.

Qeyd edək ki, Hüquq üzrə fəlsəfə doktoru olan S.Əliyeva Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlarla iş komitəsinin sədri Siyavuş Novruzovun həyat yoldaşıdır. Xanım hüquqşunas Azərbaycanın Çin Xalq Respublikasınıdakı sabiq səfiri və  Millət vəkili Yaşar Əliyevin qızıdır.

Foto: Səbinə Əliyeva