Slovakiya Ukrayna prezidenti Vladimir Zelenskini azadlıq və ümid rəmzi olan “Aleksandr Dubçek” dövlət mükafatı ilə təltif edib.
Azpost.info xəbər verir ki, bu barədə Slovakiyanın baş naziri Eduard Heqer məlumat verib. “Putin Sovet İttifaqının 1968-ci ildə Çexoslovakiyada etdiklərini Ukraynada da təkrarlamaq qərarına gəlib. O, insanların demokratiya arzusunu boğmaq üçün hərbi gücdən istifadə edir”, – Heqer deyib.
Azpost.info