SOCAR prezidenti maaşları 20 faiz artırdı –İşçilər bundan sonra nə qədər pul alacaq?

Prezident İlham Əliyevin əhlinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi siyasi kursa uyğun olaraq, SOCAR prezidentinin əmri ilə şirkət üzrə bütün əməkdaşların əmək haqqı 20% artırılıb.

SOCAR-dan verilən məlumata görə, hazırda SOCAR Azərbaycanın ən böyük işəgötürənidir və 50 mindən çox Azərbaycan vətəndaşını dayanıqlı iş yerləri ilə təmin edib.

SOCAR qeyd edir ki, tarif vəzifə maaşın artırılması dənizdə və digər ağır iş şəraitində çalışan əməkdaşların real gəlirlərinə daha çox təsir göstərəcək.

Neft xəbərləri üzrə ixtisaslaşmış Caspian Barrel xatırladır ki, AR Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin I yarısının yekunlarına əsasən, mədənçıxarma sənayesində çalışanların orta əmək haqları 3 079,5 manat təşkil edib. Dövlət sektorunda çalışanların orta əmək haqları 1 419,6 manat, özəl sektorda isə bundan 2,9 dəfə çox – 4 113,2 manat olub.

SOCAR-ın 2017-ci il üzrə illik hesabatında bildirilirdi ki, şirkət üzrə işçilərin orta əmək haqları 968,10 manat təşkil edib.

1 mart 2018-ci il tarixindən etibarən, SOCAR strukturlarında əmək müqaviləsi ilə çalışan bütün işçilərin aylıq vəzifə maaşları 10% artırılmışdı.

Caspian Barrel yuxarıda qeyd olunanları nəzərə alaraq, ehtimal edir ki, hazırkı maaş artımından sonra SOCAR əməkdaşlarının orta əmək haqları 1278 manat təşkil edəcək.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şamaxıda sirli sufi türbələri –

Sonrakı məqalə

“Yeni SSRİ”də Tehrana yer ayrılır –