Soçidə çay məcrasından çıxıb, şəhəri su basıb- VİDEO

Soçidə güclü yağış səbəbindən Matsesta çayı məcrasından çıxıb.

Azpost.info info xəbər verir ki, şəhər administrasiyasının məlumatına görə, sular şəhərə yayılıb, yaşayış evlərinin və avtomobillərin su basması qeydə alınıb.

Bundan başqa, şəhərdə qaz kəmərləri şəbəkəsinə də ziyan dəyib. Zərərçəkənlər barədə məlumat yoxdur.

Fövqəladə hadisənin nəticələrinin aradan qaldırılmasına ümumilikdə 184 nəfər və 42 texnika cəlb olunub. Şəhərdə təhlükəsizliyi təmin etmək üçün çimərlik əraziləri də bağlanıb.

Azpost.info

Əvvəlki məqalə

Milli Məclisin Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclası başlayıb

Sonrakı məqalə

Prezident İlham Əliyev Binəli Yıldırımı qəbul edib