“Şokdayam, Putin qan tökmək yolunu seçdi…”-

conson

Britaniya və onun müttəfiqləri Rusiyanın Ukraynadakı aqressiv hərəkətlərinə qətiyyətli cavab verəcək.

Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, Britaniya baş naziri Boris Conson bu bəyanatı Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığından sonra “Tvitter”də paylaşıb. “Ukraynada baş verən dəhşətli hadisələr məni şoka salıb və növbəti addımları müzakirə etmək üçün prezident Zelenski ilə danışıqlar aparmışam. Prezident Putin Ukraynaya qarşı bu əsassız hücumu həyata keçirmək üçün qan tökmək və məhv etmək yolunu seçdi. Böyük Britaniya və müttəfiqləri sərt cavab verəcəklər”, – Conson bildirib.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir