Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makron Kişinyovda Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenski ilə üçtərəfli danışıqlar aparacaq.
Azpost.info xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
Bu, Şoltsun son üç həftədə Zelenski ilə üçüncü görüşü olacaq.
Mayın ortalarında Ukrayna prezidenti Berlinə səfər edib Şoltsla görüşüb. Daha sonra onlar Yaponiyada keçirilən G7 sammitində görüşüblər.
Azpost.info