Şolts Zelenski ilə təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edib

Almaniya kansleri Olaf Şolts Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparıb.

Azpost.info xəbər verir ki, kansler Zelenski ilə Almaniya və Ukrayna arasında təhlükəsizlik tərəfdaşlığı sazişini müzakirə edib.

Şoltsun sözlərinə görə, hazırda sazişin bağlanması üçün intensiv hazırlıqlar gedir. O, konkret tarix açıqlamasa da, danışıqların son mərhələyə yaxınlaşdığını deyib.

Öz növbəsində Vladimir Zelenski kanslerlə Ukrayna və Almaniya arasında təhlükəsizlik zəmanətləri haqqında sazişin hazırlanmasını müzakirə etdiklərini bildirib. Ukrayna prezidenti həmçinin cari il üçün Ukraynaya müdafiə yardımını 8 milyard avroya çatdırdığına görə Olaf Şoltsa təşəkkür edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.