Şoltsun təyyərəsi Pekinə enəndən dərhal sonra Cənubi Koreyaya uçub

Pekində uçuş-enmə zolağında Almaniya kansleri Olaf Şolts və onun nümayəndə heyətini Çin Səhiyyə İdarəsinin əməkdaşları qarşılayıblar. Onlar laboratoriyalara çevrilən avtobuslarda hamını PCR testindən keçiriblər.

Azpost.info xəbər verir ki, bu barədə Almaniya mətbuatı yazıb.

Bundan başqa, Çinə gəldikdən sonra Almaniya kanslerinin təyyarəsi ekipajı əvəz etmək üçün dərhal Cənubi Koreyaya uçmağa məcbur olub. Əks halda, köhnə ekipaj Çində karantində qalmalı olacaqdı.

Qeyd edək ki, sərt koronavirus məhdudiyyətləri fonunda Çin lideri Almaniya kanslerini maskasız qarşılayıb, lakin onun əlini sıxmayıb

Azpost.info

Əvvəlki məqalə

Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib

Sonrakı məqalə

DTX-nın saxladığı nazir müavini –