Son bir ildə Rusiyadan 240 milyard dollar çıxarılıb– Pulları xaricə daşıyan ruslara cəza tələb olunur

 “Təkcə ölkədən gedən rusların deyil, həm də xaricdə müəssisələrin qeydiyyata alınmasına imkan yaradan deputatların əmlakını müsadirə etmək lazımdır”.

Azpost.info xəbər verir ki, bu təkliflə Rusiya Dumasının İqtisadi Siyasət Komitəsinin sədrinin birinci müavini Nikolay Arefiyev çıxış edib.

Deputat hesab edir ki, müvafiq qanunu qəbul edənlər Rusiyanı soyublar və əmlakları dövlətin xeyrinə müsadirə edilməlidir.

“Şirkətlərin xaricdə qeydiyyatdan keçməsinə icazə verən bu qanunu müəllifləri soyulmalıdır, çünki Rusiyanı soyublar! O cümlədən, belə qanunları qəbul edən deputatlar. Dünyada elə bir ölkə yoxdur ki, insanlar bir ölkədə pul qazanıb başqa ölkəyə daşısınlar”, – Arefiyev deyib.

Deputatın sözlərinə görə, son 30 ildə Rusiyadan 2,5 trilyon dollar, 2022-ci ildə isə 240 milyard dollar çıxarılıb. Arefiyev qeyd edib ki, hazırda Rusiyada fəaliyyət göstərən 44 minə yaxın müəssisə xaricdə qeydiyyatdan keçib. O, həm gedənlərin, həm də onlara belə imkan verənlərin əmlakının müsadirə olunmasının zəruri olduğunu vurğulayıb.

Azpost.info

Əvvəlki məqalə

2022-ci ildə orduda rüşvət alma və rüşvət verməyə görə cinayətlər azalıb

Sonrakı məqalə

Ötən il Azərbaycanda 251 kriminal qrup zərərsizləşdirilib