Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 763 yeni yoluxma faktı qeydə alınıb, 2 499 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 572 085 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 535 674 nəfər müalicə olunaraq sağalıb, 7 599 nəfər vəfat edib, aktiv xəstə sayı 28 812 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 271, ötən müddət ərzində isə ümumilikdə 5 431 440 test aparılıb.