Son sutkada ölkədə 558 nəfər COVID-19-a yoluxub –

19 nəfər ölüb
27 Sentyabr 2021 - 16:48

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 558 yeni yoluxma faktı qeydə alınıb, 1241 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 481401 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 452968 nəfər müalicə olunaraq sağalıb, 6476 nəfər vəfat edib, aktiv xəstə sayı 21957 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6684, ötən müddət ərzində isə ümumilikdə 4830338 test aparılıb.