“Sonuncu dəfə Hitler də belə eləmişdi…”- MEDVEDEVDƏN ZELENSKİYƏ CAVAB

“Ukrayna prezidenti Vladimir Zelenskinin xüsusi əməliyyata görə bütün Rusiya əhalisinin hesaba çəkilməli olduğuna dair sözləri Adolf Hitlerin ideyalarına bənzəyir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

“Sonuncu dəfə Adolf Hitler bütöv bir xalqa münasibətdə belə ideyaları həyata keçirməyə çalışmışdı. Ukrayna hakimiyyətinin mahiyyəti ilə bağlı əlavə sualınız varmı?”, – Medvedev qeyd edib.

Qeyd edək ki, Zelenski bütün rusların Qərb ölkələrinə girişini qadağan etməyə çağırıb. Ukrayna prezidentinin fikrincə, mövcud hökumətin qanunsuz addımlarına qarşı çıxmadığına görə Rusiyanın bütün əhalisi məsuliyyət daşımağa məcbur edilməlidir.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan nefti bahalaşıb

Sonrakı məqalə

“Yer üzündə insanlar yox ola bilər…” –