Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Sosial məzuniyyətin hesablanması qaydası necədir?

User 07 Oktyabr 2026 - 15:18 (Last updated: 07 Oktyabr 2026 - 00:01)
biznes

Bundan əvvəlki məqalədə Nazirlər Kabinetinin “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası”nda edilmiş dəyişikliklərdən sonra hamiləliyə və doğuşa görə müavinətin ödənilməsi tələbləri izah edilib.

Bu dəfə isə iqtisadçı ekspert Anar Bayramov həmin müavinətin necə hesablanması ilə bağlı yeni yanaşmaları  şərh edib.

Nazirlər Kabinetinin 189 saylı qərarı ilə tənzimlənən yeni Qayda ilə əvvəl qüvvədə olmuş Әsasnamə üzrə hamiləliyə və doğuma görə müavinətin hesablanma düsturunu müqayisə edək:

Misal 1: İşçi 1.000 manat əməkhaqqı alır. Qaydadan əvvəl və sonrakı dövrlərdə hesablanan sosial məzuniyyət üzrə haqqı müqayisə edək.

Göstərici Әvvəl İndi
Nəzərə alınacaq qazanc 12.000 manat

(1.000 manat x 12 ay)

12.000 x 25 faiz (aylıq gəlir 8.000 manatdan az olduqda) x 4 misli

(hesablanmış məcburi dövlət sosial sığorta məbləği tam ödənildiyi halda)

Günlərin sayı 260 iş günü

(təqribi)

365 təqvim günü
1 günlük qazanc 46,15 manat (bir iş gününə) 32,87 manat
Məzuniyyət dövrünə

təsadüf edən günlərin sayı

90 iş günü

(təqribi)

126 təqvim günü
Məzuniyyət haqqı 4.153,84 manat 4.142,47 manat

Nümunəyə uyğun olaraq, əvvəlki qayda üzrə məbləğ 4.153,84 manat təşkil etsə də indiki qayda üzrə hesablanan məzuniyyət haqqı məbləği 4.142,47 manat təşkil edir. Göründüyü kimi, məbləğlər bir-birinə yaxın olsa da hesablama mexanizmi tamamilə fərqlidir.

İndi isə 126 günlük sosial məzuniyyətdən istifadə edən işçiyə hesablanacaq müavinətin məbləğini müəyyən edək.

Misal 2: İşçi 5 aprel 2026-cı il tarixinə 126 günlük sosial məzuniyyət hüququndan istifadə edir. İşçinin əvvəlki ardıcıl 4 rüb üzrə (2025-ci ilin II–IV rübü və 2026-cı ilin I rübü üzrə) hesablanmış qazancı 8.000 manat təşkil edib. İşəgötürən tərəfindən 100.000 manat məcburi dövlət sosial sığorta haqqı hesablansa da faktiki olaraq 80.000 manat (yəni 80 faiz) ödənilib.

Bu zaman müavinət üçün baza məbləği belə müəyyən edilir:

8.000 x 80% = 6.400 manat.

Qeyd edək ki, sığortaedən tərəfindən təqdim edilmiş siyahıya uyğun olaraq ödənilmiş məcburi dövlət sosial sığorta haqqı sığortaolunanlar üzrə hesablanmış məbləğə münasibətdə proporsional bölüşdürülərək fərdi şəxsi hesablarda qeyd edilir (“Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanun).

Hesablama mərhələlərini təqdim edək:

1. Həmin məbləğin 4 misli tapılır: 6.400 x 4 = 25.600 manat;

2. Әvvəlki 4 rüb üzrə təqvim günlərinin sayı müəyyən edilir: 365 gün;

3. Bir təqvim gününə düşən qazanc hesablanır: 25.600 : 365 = 70,136 manat;

4. Müavinət məbləği hesablanır: 70,136 x 126 gün = 8.837,26 manat.

İşçiyə 126 günlük sosial məzuniyyət dövrü üçün hesablanmış hamiləliyə və doğuma görə müavinət məbləği 8.837,26 manat təşkil edir.

AzPost.az

Post navigation

Previous: Rusiya ÜST-ü İrkutsk vilayətindəki epidemioloji vəziyyət barədə məlumatlandırıb
Next: Rəsmi Moskva Fransanın strateji ballistik raket sınağına münasibət bildirib

Oxşar xəbərlər

kulek
  • Sosial

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

User 21 Noyabr 2026 - 16:58
su polisi
  • Sosial

Qızılağac qoruğunda balıq tutan şəxs saxlanılıb

User 21 Noyabr 2026 - 15:16
orxan hebs
  • Sosial

DİN həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntüləri yaydı

User 21 Noyabr 2026 - 13:07

xƏBƏR

kulek
  • Sosial

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

User 21 Noyabr 2026 - 16:58
Noyabrın 22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya...
Read more about Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Qızılağac qoruğunda balıq tutan şəxs saxlanılıb su polisi
  • Sosial

Qızılağac qoruğunda balıq tutan şəxs saxlanılıb

User 21 Noyabr 2026 - 15:16
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib ilham xanim vyetnam
  • Siyasət

Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

User 21 Noyabr 2026 - 15:10
“Sabah TRIPP proqramının başlanmasını rəsmən elan edəcəyik” – Paşinyan pasinyan01
  • Dünya

“Sabah TRIPP proqramının başlanmasını rəsmən elan edəcəyik” – Paşinyan

User 21 Noyabr 2026 - 15:08
Putin ukraynalı hərbçilərə çağırış etdi – “Bizim tərəfə keçin” putin kustirtisa01
  • Dünya

Putin ukraynalı hərbçilərə çağırış etdi – “Bizim tərəfə keçin”

User 21 Noyabr 2026 - 13:34
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.