Sosial müdafiə sahəsində çalışan əməkdaşların bilik və peşəkarlığının, vətəndaşlara çevik, şəffaf və effektiv xidmət göstərilməsi üzrə hazırlıq səviyyələrinin artırılması məqsədilə ötən aydan təlimlərə başlanıb.
Təlimlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunda (DSMF) və Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialında təşkil olunur.
Həftədə 3 dəfə olmaqla ayrı-ayrı qruplarda keçirilən təlimlərdə pensiya siyasətinin əsasları, pensiya qanunvericiliyinin prinisipləri, xüsusi şərtlərlə əmək pensiyalarının təyin edilməsinin hüquqi əsasları, qaydaları barədə iştrakçıların nəzəri və praktiki bilikləri artırılır. Təlimlər həmçinin vətəndaşların qəbulu, müraciətlərinə baxılması, həmçinin 142-Çağrı Mərkəzinə edilən müraciətlərin cavablandırılması və s. kimi iş sahələrini əhatə edir.
DSMF-nin 5 mərkəzi filialında, Bakı şəhəri üzrə 9 xidmət nümayəndəliyində, 61 ərazi filialında və xidmət nümayəndəklərində də belə təlimlərin təşkili nəzərdə tutulur.