Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Sosial qanunvericilik üzrə maarifləndirmə” layihəsi çərçivəsində dəyirmi masa keçirilib –

User 29 Avqust 2024 - 12:40 (Last updated: 21 May 2025 - 20:15)
s01

“Ülvi – aztəminatlılara dəstək” ictimai birliyi Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi “Sosial qanunvericilik üzrə maarifləndirmə” layihəsi çərçivəsində Sumqayıt Gənclər Evində dəyirmi masa təşkil etdi. Birliyin sədri Ağanənə Sadıxova tədbiri açaraq “Ülvi – aztəminatlılara dəstək” ictimai birliyinin yarandığı gündən indiyədək keçdiyi inkişaf yolundan, həyata keçirdiyi tədbirlərdən danışaraq həyata keçirilən layihə barədə geniş məlumat verib.

Daha sonra çıxış üçün söz layihənin hüquqşünası Xanlar Sətullayevə verildi. X.Sətullayev mövcud qanunvericilikdə müharibə iştirakçılarınının, şəhid ailələrinin, müharibə əlillərinin sosial müdafiəsi istiqamətində nəzərdə tutulan güzəştlər və imtiyazlar barədə, eləcə də son illərdə müharibə iştirakçılarının maddi, sosial, iqtisadi vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində qəbul edilmiş sosial dəstək proqramları barədə geniş məlumat verdi. X.Sətullayev son illərdə Azərbaycanda sosial sahədə aparılan mütərəqqi islahatlardan danışmış, qanunvericilik bazasına edilən dəyişikliklərdən söz açmış, həmçinin ölkədə sosial qruplara göstərilən diqqət və qayğını xüsusi vurğulamışdır. Daha sonra X.Sətullayev layihə çərçivəsində Birliyin ofisində ölkəmizin ərazi bütövlüyü uğrunda və torpaqlarımızın düşmənlərdən azad edilməsində iştirak etmiş döyüşçülər, onların ailə üzvləri, şəhidlərimizin ailə üzvləri üçün təşkil edilən pulsuz hüquqi məsləhət və yardım xidməti ilə bağlı görülən işlər, onların rastlaşdıqları problemlər, çətinliklər barədə də məlumat verdi.

Tədbirdə çıxış edən Sumqayıt Tibb Mərkəzinin direktor müavini Namirə Abbasova bu cür layihələrin həyata keçirilməsinə çox böyük ehtiyac olduğunu vurğulayaraq 44 günlük Vətən müharibəsində yaralanmış, qazi olmuş şəxslərə Sumqayıt Tibb Mərkəzində göstərilən xidmətlərdən söz açmışdır. Sonra RSİD İB-nin sədri Emil Maqalov çıxış edərək həyata keçirilmiş layihənin çox aktual mövzuya həsr olunduğunu xüsusi qeyd edər\ək bu cür layihələrin davam etdirilməsi zərurətinə toxundu. Sosial Xidmətlər Agentliyinin regional idarəsinin əməkdaşı Leyla Cəfərova da çıxış edərək QHT-lərlə əməkdaşlıq siyasətindən, vətəndaşlara Sosial Xidmətlər Agentliyi tərəfindən göstərilən yüksək səviyyəli xidmət barədə məlumat verdi. Tədbirdə çıxış edən Tərəqqi İB-nin sədri İndira Şəmsivari də layihənin əhəmiyyətini vurğulayaraq belə bir layihənin davam etdiriləcəyinə inamını ifadə etdi. ƏSMİD İB-nin sədri Səbinə Kərimova çıxışında layihənin qısa müddət ərzində bu cür uğurlu formada həyata keçirilməsini, şəhid ailəsi üzvləri və qazilərə hüquqi maarifəndirmə sahəsində layihələrə olan ehtiyacdan geniş danışdı. S.Kərimova əlillərin cəmiyyətə inteqrasiyası baxımından onların hüquqi maarifləndirilməsi ilə bağlı layihələrin bundan sonra da davam etidirlməsinin zərurətini diqqətə çatdırdı. Sumqayıt Bələdiyyəsinin mətbuat katibi Səbuhi Amanverdizadə çıxışında belə nəcib bir aksiyanın, layihənin həyata keçirilməsinin həssas təbəqədən olan insanlara çox böyük dəstək olduğunu qeyd etdi. Corat Bələdiyyəsinin sədr müavini Nuradə Kərimova çıxışında Bələdiyyə tərəfindən şəhid ailəsi üzvləri və qazilərə, digər həssas təbəqədən olan insanlara göstərilən diqqət və qayğıdan danışmış, bu cür layihələrin həmin insanların öz hüquq və vəzifələrini bilmələri baxımından çox əhəmiyyətli olduğunu qeyd etdi.

Tədbirin sonunda dəyirmi masa iştirakçıları üçün çay süfrəsi təşkil olunub.

Post navigation

Previous: “Qarabağ”ın hücumçusu bombardir oldu –
Next: “Məşədi İbad” filminin çəkildiyi məkanlar 68 il sonra –

Oxşar xəbərlər

zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11

xƏBƏR

ilham aliyev erdoqan beyanat
  • Baş Yazı

Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN

User 08 Noyabr 2026 - 18:31
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla...
Read more about Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN
Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı? erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi ilham erdo susa01
  • Siyasət

İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi

User 08 Noyabr 2026 - 17:44
“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37
Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.