Sosial şəbəkədə görüntülərə görə töhmət verilən müəllim danışdı –"O uşaqlar barədə direktora məlumat vermişdim" (VİDEO)

Təhsil Nazirliyinin töhmət verdiyi müəllim ona qarşı haqsızlığa yol verildiyini iddia edir.

Təhsil Nazirliyi tərəfindən töhmət alan Nərgiz İsmayılova baş vermiş hadisənin təfərrüatını ”Xəzər Xəbər”ə danışıb.

Sosial şəbəkələrdə yayılan və geniş müzakirələrə səbəb olan videoda dərs keçən 165 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Nərgiz İsmayılova bildirib ki, həmin şagirdlərin sinifdə bundan əvvəl də etdiyi qeyri-etik davranışlarına görə əvvəlcədən məktəb rəhbərliyinə məlumat verilib.

Təhsil Nazirliyi tərəfindən verilən töhmətə özünü layiq görməyən Nərgiz İsmayılova iddia edir ki, videoda qeyd olunan, dərs zamanı baş verən bu hadisələrin çox hissəsindən xəbəri olmayıb.

25 ildən artıqdır  ki, coğrafiya fənnindən dərs dediyini qeyd edən Nərgiz İsmayılova həmin video sosial şəbəkədə yayıldıqdan və ona töhmət verildikdən sonra səhhətində problemlərin yarandığını deyib.

O, verilən töhmətin ləğv olunması üçün Təhsil Nazirliyinə müraciət etmək fikrində olduğunu da bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Tacikistan sərhədə ağır texnika və canlı qüvvə yığır” –

Sonrakı məqalə

Həbsdə vəfat etmiş deputatın qardaşı ifadə verdi: