Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynovanın evinə oğru girib

07 Aprel 2021 - 10:39

Sabirabad rayonunun Qaratəpə kəndində oğurluq hadisəsi baş verib.

Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü, pambıqçı Fatma Hüseynovanın yaşadığı mənzilə oğru girib.

Hüquq-mühafizə orqanlarına xəbər verən ev sahibləri oğrunun kameralara düşdüyünü müşahidə ediblər. Polis dərhal hadisə yerinə gəlib. Oğurluq edən kənd sakini, məhbusluq həyatı yaşamış təqsirləndirilən hadisə yerindən qaça bilməyib. Polis onu evin zirzəmisində yaxalayıb. Hadisə ilə bağlı cinayət işi açılıb və istintaq aparılır. (APA)

Qeyd edək ki, ötən il noyabrın 2-də də Fatma Hüseynovanın evinə basqın olub.