Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynovanın evinə oğru girib

Sabirabad rayonunun Qaratəpə kəndində oğurluq hadisəsi baş verib.

Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü, pambıqçı Fatma Hüseynovanın yaşadığı mənzilə oğru girib.

Hüquq-mühafizə orqanlarına xəbər verən ev sahibləri oğrunun kameralara düşdüyünü müşahidə ediblər. Polis dərhal hadisə yerinə gəlib. Oğurluq edən kənd sakini, məhbusluq həyatı yaşamış təqsirləndirilən hadisə yerindən qaça bilməyib. Polis onu evin zirzəmisində yaxalayıb. Hadisə ilə bağlı cinayət işi açılıb və istintaq aparılır. (APA)

Qeyd edək ki, ötən il noyabrın 2-də də Fatma Hüseynovanın evinə basqın olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Bu ərazilər yenidən özünün tarixi abidələri ilə işıq saçacaq” –

Sonrakı məqalə

Ötən gün törədilmiş 38 cinayətin üstü “isti izlər”lə açılıb –