Şoyqu Hulusi Akarla danışdı- Ankaraya kömək təklif etdi

Rusiya müdafiə naziri Sergey Şoyqu Türkiyədə baş verən zəlzələ ilə əlaqədar türkiyəli həmkarı Hulusi Akarla danışıqlar aparıb.

Azpost.info xəbər verir ki, rusiyalı nazir təbii fəlakət nəticəsində qeydə alınan tələfatla bağlı başsağlığı verib.

Rusiyalı nazir Ankaraya zəlzələnin nəticələrinin aradan qaldırılmasına kömək etməyi və zərərçəkənlərə yardım göstərməyi təklif edib.

“Sergey Şoyqu zəlzələ nəticəsində Türkiyədə baş verən çoxsaylı insan tələfatı ilə əlaqədar Hulusi Akara başsağlığı verib. Rusiya Müdafiə Nazirliyinin başçısı zəlzələnin nəticələrinin aradan qaldırılması üçün bütün lazımi köməklikləri, o cümlədən zərərçəkənlərə tibbi yardım göstərməyi təklif edib”, – məlumatda bildirilir.

Akar dəstəyə görə Şoyquya təşəkkür edib. Türkiyəli nazir yaxın vaxtlarda konkret təkliflər hazırlayacağına da söz verib.

Azpost.info

Əvvəlki məqalə

Türkiyədə yenidən zəlzələ olub

Sonrakı məqalə

Prezident İlham Əliyev Ərdoğana zəng etdi