Rusiya müdafiə naziri Sergey Şoyqu ordu generalı Sergey Surovikini hərbi əməliyyatlar bölgəsində qoşunların birgə qruplaşmasının komandanı təyin edib.
Azpost.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov məlumat verib.
Surovikinə ordu generalı rütbəsi bu ilin avqustunda Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə verilib.
2017-ci ilin noyabrında Surovikin Rusiya Hərbi Hava Qüvvələrinin baş komandanı təyin edilmişdi.
Sergey Surovikin Suriyada Rusiya ordusuna komandanlıq etdiyinə görə 2017-ci ildə Rusiya Qəhrəmanı adına layiq görülüb. O, həmçinin IV dərəcəli Müqəddəs Georgi, “Hərbi xidmətlərə görə” ordenləri və medallarla təltif edilib.
Azpost.info
