Şoyqu Ukraynada hərbi əməliyyatların sürətinin artırılması barədə göstəriş verib

“Müdafiə naziri Sergey Şoyqu Ukraynada taktikanın təkmilləşdirilməsi və hərbi əməliyyatların sürətləndirilmiş templə aparılmasını nəzərdə tutan xüsusi əməliyyat üçün yeni vəzifələr qoyub”.

Azpost.info xəbər verir ki, bunu Çeçenistan lideri Ramzan Kadırov Moskvada Şoyqu ilə görüşdən sonra deyib.

Kadırov görüşün səmərəli keçdiyini bildirib: “Yeni vəzifələr müəyyənləşdirdi. Görülən tədbirlər hücum manevrlərinin effektivliyini əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək ki, bu da xüsusi əməliyyatın daha sürətlə aparılmasına kömək edəcək”.

Onun sözlərinə görə, görüş zamanı Şoyqu Ukraynada olan çeçen döyüşçülərinə təşəkkür etməyi xahiş edib.

Azpost.info

Əvvəlki məqalə

“Formula-1”ə görə 20 marşrutun yolu dəyişdirilir –

Sonrakı məqalə

May ayında Yasamalda 45 narkotacir tutulub –