Rusiyanın müdafiə naziri Sergey Şoyqu və İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri çərşənbə axşamı Tehranda keçirilən danışıqlarda Qarabağdakı vəziyyəti müzakirə ediblər.
Azpost.info bildirir ki, bu barədə TASS məlumat yayıb.
“Müzakirə mövzusuna Suriya, Əfqanıstan və şimal qonşunuzun ərazisindəki Qarabağda baş verənlər daxildir”, – deyə Şoyqu danışıqlarda ikitərəfli hərbi əməkdaşlığın cari məsələlərini müzakirə etməyi təklif edib.
Bundan əlavə, Rusiyanın müdafiə naziri bildirib ki, bu gün və sabah hələ müzakirə edilməli olan çoxlu məsələlər var. “Bunlara təhsil, təcrübə mübadiləsi, nümayəndə heyətlərinin mübadiləsi, birgə dəniz təlimləri daxildir”, – Şoyqu bildirib.