Spiker:“Ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir”

“Sabah, 26 İyun – Silahlı Qüvvələr Günüdür. Ali Baş Komandan İlham Əliyev başda olmaqla, ordumuzun bütün şəxsi heyətini təbrik edirəm”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən iclasda spiker Sahibə Qafarova bildirib.

S.Qafarova deyib ki, bu gün ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir: “Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun təchizatı yüksəlib.Xalqımız haqlı olaraq ordumuzla qurur duyur. Ali Baş Komandan İlham Əliyev başda olmaqla, ordumuzun bütün şəxsi heyətini təbrik edirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Milli Məclisin növbəti iclası gələn həftə keçiriləcəK

Sonrakı məqalə

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında