İqamətgahını ələ keçirən etirazçılardan gizlənən Şri-Lanka prezidenti Qotabaya Racapaksa Baş nazir Ranil Vikramasinqin siyasi partiya liderləri ilə fövqəladə toplantısında verilən istənilən qərarı qəbul edəcəyini bildirib.
Azpost.info xəbər verir ki, bu barədə “Ada derana” portalı Baş nazirin ofisinə istinadən yazıb.
“The Daily Mirror” xəbər verir ki, sosial şəbəkələrdə prezidentin Kolombo limanında yerləşən “SLNS Gajabahu” hərbi-dəniz gəmisində baqajının olduğu ilə bağlı xəbərlər yayılıb. Nəşr əlavə edir ki, bu gəmi bir müddət əvvəl limanı tərk edib.
Bundan başqa, “Daily Mirror” Kolombo-Neqombo magistral yolu ilə hava limanına doğru hərəkət edən bir qrup “VIP avtomobil” haqqında məlumat yayıb.
Nəşr Hindistanda səfərdə olan keçmiş ordu komandiri Şavendra Silvanın ölkəyə qayıtdığını da yazıb və Şri-Lanka Xalq Cəbhəsi Partiyasının deputatlarının prezidenti istefaya çağıran bəyanatının surətini dərc edib.
Azpost.info
