Şri-Lanka prezidenti Qotabaya Racapaksa kütləvi etirazlar fonunda istefa ərizəsi yazaraq yüksək rütbəli hökumət rəsmisinə təhvil verib.
Azpost.info xəbər verir ki, sənəd iyulun 13-nə aiddir və sabah Şri-Lanka parlamentinin spikeri xalqa müraciət edəcək.
Prezidentin hələ də Şri-Lankada olduğu, lakin bu həftə ölkəni tərk etməyi planlaşdırdığı bildirilir.
“Daily Mirror” yazır ki, yeni prezident iyulun 20-də parlament tərəfindən seçiləcək.
Azpost.info