Şri-Lankada etirazçılar Baş nazir Ranil Vikramasinqhin paytaxt Kolombodakı ofisinə soxulublar.
Azpost.info xəbər verir ki, yerli təhlükəsizlik qüvvələri gözyaşardıcı qazdan istifadə ediblər, lakin su şırnaqları və odlu silahlardan istifadə etməkdən imtina ediblər. Bundan sonra etirazçılar hasarları aşaraq Vikramasinqhin ofisinin ərazisinə daxil olublar.
Həmçinin etirazçılar qısa müddətlik dövlət televiziyasını ələ keçirərək 15 dəqiqə efirdə çıxış edə biliblər.
Hazırda prezidentin səlahiyyətlərini icra edən Ranil Vikramasinqh Şri-Lankada fövqəladə vəziyyət elan edib. Baş nazir təhlükəsizlik qüvvələrinə xuliqanlıq edənləri həbs etmək əmri verib.
Azpost.info
