Prezident səlahiyyətlərini icra edən Şri-Lankanın Baş naziri Ranil Vikramasinqh ölkədə fövqəladə vəziyyət elan edib.
Azpost.info xəbər verir ki, o, həmçinin paytaxt Kolombonun da yerləşdiyi Qərb əyalətində komendant saatı tətbiq edib.
“Ranil Vikramasinqh Qərb əyalətində dərhal komendant saatı və bütün ölkə boyu fövqəladə vəziyyət elan edib. Baş nazir həmçinin təhlükəsizlik qüvvələrinə xuliqanlıq edənləri həbs etməyi əmr edib”, – “Daily Mirror” yazır.
Azpost.info
