“SSRİ-ni bərpa etmək istəyənlərin ağlı yoxdur” –Putinin mətbuat katibi

“Sovet İttifaqı Rusiya tarixinin ayrılmaz hissəsidir, onun dağılmasına peşman olmayanların ürəyi, onu bərpa etmək istəyənlərin isə ağlı yoxdur”.

Bunu Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinə istinadən bildirib.

“Bu, təxminən iki-üç saatlıq mühazirə mövzusudur. Nə qədər mühazirəçi olacaqsa, o qədər fərqli baxışlar olacaq. Mən belə mühazirəçilərdən biri olmaq istəməzdim. Mən, tək şey deyə bilərəm ki, Sovet İttifaqı tariximizin ayrılmaz hissəsidir”, – Peskov jurnalistlərin SSRİ-nin dağılmasından hansı əsas dərsləri çıxarmaq olar sualına cavabında deyib.

Daha sonra Rusiya Prezidentinin mətbuat katibi Putindən sitat gətirib. “Sizə Putinin sözlərini xatırlatmaq istəyirəm ki, Sovet İttifaqının dağılmasına görə peşman olmayanların ürəyi onu bərpa etmək istəyənlərin isə ağlı yoxdur”, – deyə Kremlin sözçüsü yekunlaşdırıb.

Qeyd edək ki, dekabrın 30-da SSRİ-nin yaranmasının 100 illiyi tamam olur.

Əvvəlki məqalə

Xalq artisti Ağasəlim Abdullayev xəstəxanaya yerləşdirilib

Sonrakı məqalə

BNA Yeni il günü 2 istiqamət üzrə ekspres marşrutlar təşkil edəcək