Xalq artisti Ağasəlim Abdullayev xəstəxanaya yerləşdirilib

Xalq artisti tarzən Ağasəlim Abdullayev xəstəxanaya yerləşdirilib.

Yeni Klinikadan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Xalq artisti qarın bölgəsində ağrı şikayəti ilə təcili tibbi yardım şöbəsinə müraciət edib.

“Xəstəyə anamnestik, laborator və instrumental müayinələrin nəticəsinə əsasən kəskin pankreatit diaqnozu qoyulub və stasionar müalicə üçün terapiya şöbəsinə yatırılıb. Xəstə şöbəyə qalxdıqdan sonra müalicəsinə dərhal başlanılıb”.

Həmçinin qeyd olunub ki, Ağasəlim Abdullayevin bu gün səhərki vəziyyəti kafi olaraq qiymətləndirilib və müalicəsi davam etdirilir.

Əvvəlki məqalə

“Putinin KİV-lə ünsiyyəti əvvəlki kimi olmayacaq” –

Sonrakı məqalə

“SSRİ-ni bərpa etmək istəyənlərin ağlı yoxdur” –