SSRİ-nin məşhur Sərgisində “Azərbaycan” pavilyonunun açılışı olacaq –

SABAH (FOTO)
21 Noyabr 2019 - 22:46

 Sabah Rusiya  Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun açılışı olacaq.

Azpost.info bildirir ki, bu barədə Birinci bitse-prezident Mehriban Əliyeva ilə Rusiyanın Baş naziri Medvedyev arasında bu günkü görüşdə məlumat verilib.

Baş nazir Medvedyev bildirib ki, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun açılışı da çox əlamətdar hadisədir: “Bütün bunlar ölkələrimiz arasında mehriban qonşuluğu, tərəfdaşlığı və dostluğu tam şəkildə əks etdirir”.

Mehriban Əliyeva pavilyonun açılışında iştirak edəcək.

“Azərbaycan”pavilyonu 1939-cu ildə memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynovun layihəsi əsasında Azərbaycan SSR-in pavilyonu üçün tikilib.

14 nömrəli pavilyonun tarixi simasının bərpası məqsədilə mütəxəssislər XTNS-dəki əsas fasadın qarşısında iki fəvvarə camı, keramik plitələr, divarların və sütunların mərmər üzüklərində mozaika elementləri və naxışlardan ibarət kompleks yaradıblar. Bunlarla yanaşı, vitraj-şəbəkələri qismən bərpa etməklə, qoz ağacından hazırlanmış autentik Azərbaycan məhəccərləri də hazırlanıb. Eyni zamanda, qranitdən olan giriş pilləkənləri, kürsülük, divarların mala qatı, əsas fasadın keramik dekoru, metal pəncərə barmaqlıqları və sütunların altındakı daş plitələr də yenilənib.