“Qazaxıstan hakimiyyəti obyektləri adlandırmaq üçün Sovet İttifaqının xadimlərinin adlarından istifadəni dayandırmalı və öz görkəmli şəxsiyyətlərinin siyahısını yaratmalıdır”.
Azpost.info xəbər verir ki, bunu prezident Kasım-Jomart Tokayev deyib.
Onun sözlərinə görə, qazax xalqının daxildə və xaricdəki görkəmli şəxsiyyətlərinin vahid siyahısını müəyyənləşdirməyin vaxtı çatıb.
“Onomastika bizim əcdadlarımızın, məşhur şəxsiyyətlərin nəslinin, qohumlarının işi deyil. Bu, dövlətin səlahiyyətidir. Bütün onomastik prosedurlar təkcə regional xüsusiyyətlər deyil, həm də milli prioritetlər nəzərə alınmaqla dəqiq tənzimlənməlidir”, – Qazaxıstan prezidenti qeyd edib.
Azpost.info