SSRİ xalq artisti Valentin Qaft vəfat edib

12 Dekabr 2020 - 13:20

Aktyor, SSRİ Xalq artisti Valentin Qaft vəfat edib.

Bu barədə TASS-a onun həyat yoldaşı Olqa Ostroumova xəbər verib.

Teatr və kino aktyoru Valentin Qaft 1935-ci ildə anadan olub. O, “Qaraj”, “Baharın 17 anı”, “Salam, mən sizin xalanızam”, “Master və Marqarita” kimi filmlərdə rol alıb.