“SSRİ-yə göstərdiyimiz müqaviməti taliblərə də göstərəcəyik ” –

Əhməd Şah Məsudun oğlu
22 Avqust 2021 - 18:58

“Dağlıq Pəncşir əyaləti taliblərə təslim olmayacaq, sakinləri geri çəkilməyə hazırdır”.

Bunları “Al Arabiya” telekanalına Əfqanıstanın vitse -prezidenti, yerli müqavimət bölmələrinin lideri Əhməd Məsud söyləyib. Əhməd Məsud eyni zamanda 2001-ci ildə vəfat edən Taliban əleyhinə Şimal İttifaqının lideri Əhməd Şah Məsudun oğludur.

Məsud bildirirb ki, əgər Taliban Pəncşir əyalətinə nəzarət etmək istəyirsə, onlar müqavimət göstərməyə hazırdır: “Biz SSRİ-yə müqavimət göstərdik, bunu taliblərə də göstərə biləcəyik”.