“Ştirlis”in rabitəçisi “Ket” vəfat edib –

Yekaterina Qradova dünyasını dəyişdi (FOTO)
22 Fevral 2021 - 15:52

SSRİ və Rusiyanın teatr və kino aktrisası, RSFSR-in əməkdar artisti Yekaterina Qradova vəfat edib.

“RİA Novosti”nin verdiyi xəbərə görə onun ölüm səbəbi bilinmir.

1946-cı ildə Moskvada anadan olan Y. Qradova “Baharın 17 anı” və “Görüş yerini dəyişmək olmaz” filmlərində rolları ilə tanınıb.

O, “Baharın 17 anı” filmində rabitəçi Ket obrazını yaradıb.