Londonda sualtı boru kəmərlərini və kabelləri qoruyacaq yeni NATO mərkəzi qurulub.
Azpost.info xəbər verir ki, bu barədə “Washington Post” yazır.
Mərkəzin yaradılması barədə qərar “Şimal axını”nda təxribatdan sonra, eləcə də Rusiyanın Avropa ətrafındakı sularda kəşfiyyat aparması ilə bağlı məlumatlar fonunda qəbul edilib.
Alyansda bu problemlə məşğul olan general-leytenant Hans-Verner Virman təhlükənin artdığını deyib: “Rusiya gəmiləri bizim kritik sualtı infrastrukturumuzun xəritəsini tərtib edir. Rusiyanın sualtı kabellərə zərbələr endirə biləcəyi ilə bağlı risklər artır”, – Virman bildirib.
Təkcə Şimal dənizindən təxminən 8 min kilometr neft və qaz kəməri keçir. Hər il dünyada 100-ə yaxın kabel kəsilməsi hadisəsi baş verir və onların qəsdən olub-olmadığını söyləmək çox vaxt çətindir. Yeni mərkəz və NATO müttəfiqləri yüksək riskli ərazilərə, o cümlədən dayaz sularda dalğıcların asanlıqla çata biləcəyi ən həssas boru kəmərlərinin təhlükəsizliyinə diqqət yetirəcək.
Azpost.info