Sükan arxasında seriala baxan sürücü işdən qovuldu –"BakuBus"dan AÇIQLAMA /VİDEO

Sosial şəbəkələrdə “BakuBus” MMC-yə məxsus avtobusu idarə edən sürücünün xidmət zamanı tum çırtdaması və mobil telefonunda videoya baxmasını əks etdirən video görüntülər yayılıb.
Azpost.info bildirir ki, bununla bağlı “BakuBus” MMC açıqlama yayıb.
“Məsələ tərəfimizdən dərhal araşdırılmış, sürücünün “BakuBus” MMC-nin istismarında olan 211 nömrəli marşrut xəttinin sürücüsü Ceyhun Camalov olduğu müəyyənləşdirilmişdir. Qeyd olunan halın “BakuBus”ın xidmət qaydalarının kobud pozuntusu halı kimi qiymətləndirilmiş və onun Əmək qanunvericiliyinə uyğun olaraq işdən azad olunması barədə qərar qəbul edilmişdir.
Baş vermiş hadisəyə görə sərnişinlərdən üzr istəyir və bu kimi halların təkrarlanmaması üçün bütün zəruri addımların atılacağına Sizi əmin etmək istərdik”.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.