“Şükür Allaha, ölkədə 20 illik müharibə başa çatdı” –Taliban bəyanat verdi

“Taliban” Əfqanıstanda 20 il davam edən müharibənin başa çatdığını bəyan edib.

Azpost.info “Röyter”ə istinadən bildirir ki, bu barədə “Taliban”ın siyasi ofisinin mətbuat katibi Məhəmməd Naim “Əl-Cəzirə” telekanalına bildirib.

“Bu gün əfqan xalqı və mücahidlər üçün böyük gündür. Onlar 20 illik mübarizələrinin və qurbanlarının nəticələrinin şahidi oldular. Şükür Allaha, ölkədə müharibə bitdi”. 

Naim deyib ki, Əfqanıstanda yeni idarə rejimi forması yaxın zamanlarda aydın olacaq. O bildirib ki, “Taliban” təcriddə yaşamaq niyyətində deyil və dinc beynəlxalq münasibətlərin qurulmasına çağırır.

Biz can atdığımız məqsədə çatdıq. Biz ölkəmizin azadlığı və xalqımızın müstəqilliyi üçün mübarizə aparırdıq, buna nail olduq. Biz heç kimə imkan verməyəcəyik ki, torpaqlarımızdan kiməsə qarşı hucum üçün istifadə edilsin. Biz heç kimə pislik etmək istəmirik” -deyə Naim bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Ermənistan Naxçıvandakı mövqelərimizi atəşə tutur –

Sonrakı məqalə

Əfqanıstanda ABŞ bayrağı rəsmən endirildi –