“Süleyman Soylunun yanındayıq” –Ərdoğan Sedat Pekerin ittihamlarını rədd etdi

“Terror təşkilatlarına və mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə daxili işlər nazirimiz Süleyman Soylunun yanındayıq və yanında olmağa davam edəcəyik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup iclasında çıxışı zamanı deyib.

O bildirib ki, hədəf Süleyman Soylu deyil, hədəf böyük və güclü Türkiyədir.

Mütəşəkkil cinayət təşkilatının lideri Sedat Pekerin Süleyman Soylu və Türkiyənin sabiq Baş naziri, AKP sədrinin müavini Binəli Yıldırımın oğluna qarşı səsləndirdiyi ittihamlara münasibət bildirən Ərdoğan qeyd edib ki, burada məqsəd Türkiyəni zəiflətməkdir və deyilənlər iftiradır: “Bizim onların bu məkrli əməllərini pozacağımıza heç kim şübhə etməməlidir. Kimin terror təşkilatları ilə, cinayətkar dəstələrlə əlbir olduğunu çox yaxşı bilirik. Ankara və İstanbul Baş Prokurorluğu onların cinayətkar əməllərini araşdırır. Necə ki, FETÖ-çuları, PKK-çıları zərərsizləşdiririk, eləcə də onları cəzalandıracağıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Formula 1-lə əlaqədar 23 marşrut xəttinin hərəkət sxemi dəyişdiriləcək –

Sonrakı məqalə

“Formula-1” yarışı zamanı bulvar bağlı olmayacaq –