“Sülh danışıqları yalnız Rusiyanın məğlubiyyətindən sonra mümkündür”- Ukrayna XİN rəhbəri

“Sülh danışıqları yalnız Rusiyanın döyüş meydanında məğlubiyyətindən sonra mümkündür”.

Azpost.info xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.

“Hazırda Rusiya tərəfinin günahı ucbatından sülh danışıqları aparılmır və bu mövzuda heç kim görüşmür. Hamı başa düşür ki, danışıqlar birbaşa cəbhədəki vəziyyətlə bağlıdır. Mən bütün tərəfdaşlarıma sadə bir şeyi deyirəm – Rusiya döyüş meydanındakı məğlubiyyətdən sonra danışıqlar masası arxasına əyləşməlidir. Əks halda, bu, yenə ultimatum dili olacaq”.

Azpost.info

Əvvəlki məqalə

Ursula von der Lyayenin Azərbaycana səfəri başa çatıb

Sonrakı məqalə

Lənkəranda məktəbliyə zorakılıq edən icra başçısının müavini işdən çıxarıldı – RƏSMİ