“Sülh sazişi ilə bağlı təkliflərin üzərində işləyib Bakıya göndərdik”- MİRZOYAN

“İrəvan Azərbaycan tərəfinin təklif etdiyi sülh sazişinin bəzi maddələrində irəliləyişlər, bəzilərində geriləmə görür”.

Azpost.info xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yunanıstanlı həmkarı Giorgos Gerapetritislə birgə mətbuat konfransında bildirib.

“Məzmun baxımından mətnin bəzi yerlərində Azərbaycan təkliflərində geriləmə, bəzilərində isə irəliləyiş var. Biz bu təkliflər üzərində çox konstruktiv işlədik və onları Bakıya göndərdik”, – o bildirib.

Mirzoyan qeyd edib ki, İrəvan Ermənistanın ərazi bütövlüyünün Azərbaycan tərəfindən tanınmasında israrlıdır.

Bundan başqa, nazirin sözlərinə görə, yekun sənəddə gələcək sərhədlərin delimitasiyası üçün standartların formalaşdırılmasına ehtiyac var.

“Kommunikasiyalar da ikitərəflilik prinsipləri əsasında açıq olmalıdır”, – Mirzoyan qeyd edib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.