Rusiya 2022-ci ilin yazında İstanbulda əldə olunmuş razılaşma əsasında Ukrayna ilə danışıqlara qayıtmağa hazırdır.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
“Biz onlarla danışıqlara hazırıqmı? Biz bundan heç vaxt imtina etməmişik. Danışıqlara hazırıq, lakin İstanbulda razılaşdırılan və faktiki paraflanan sənədlər əsasında”, – Putin deyib.
Onun sözlərinə görə, o zaman mümkün sülh sazişinin demək olar ki, bütün parametrləri razılaşdırılıb, lakin sonra Böyük Britaniya prosesə müdaxilə edib və Ukrayna hakimiyyəti fərqli yol tutub.
Azpost.info