“Sülhməramlılar 98 min sakini Qarabağdan Ermənistana təxliyə ediblər”- ŞOYQU

Rusiya sülhməramlıları Qarabağın 98 min sakininin Ermənistana təxliyəsinə kömək edib.

Azpost.info xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.

Onun sözlərinə görə, mülki əhali müşahidə məntəqələrində və baza düşərgəsində yerləşdirilib.

“Təxliyə edilənlər arasında 32 min uşaq var. Bundan başqa, Rusiya sülhməramlıları Xankəndindəki yanacaq anbarında baş vermiş yanğının söndürülməsində iştirak ediblər. Hazırda onlar ehtiyacı olan vətəndaşlara hərtərəfli yardım göstərməkdə davam edirlər”, – Şoyqu əlavə edib.

Azpost.info

Əvvəlki məqalə

65 yaşlı kişi 10 yaşlı uşağa qarşı əxlaqsızlıq edib? –

Sonrakı məqalə

Ramzan Kadırov qızına “Xalq artisti” adı verdi