Rusiya sülhməramlıları Ermənistanın sabiq xarici işlər naziri Raffi Ovanesyanı Xankəndinə buraxmayıb.
Azpost.info bildirir ki, sülhməramlılar hazırda “İrs” partiyasına rəhbərlik edən Ovanesyana Qarabağ ərazisinə girişi qadağan ediblər.
Bu barədə partiyanın yaydığı bəyanatda qeyd edilib.
Xankəndinə buraxılmayan Ovanesyan ciddi-cəhdlə bunun səbəbini bilməyə çalışıb. Rusiyalı hərbi qulluqçu bu barədə yüksək səviyyədə qərarın olduğunu deyib.
Xankəndinin separatçı guruhunun bütün səyləri nəticəsiz qalıb. Ovanesyan İrəvana qayıtmalı olub. O, açıqlamasında Xankəndinə guya nəvəsinin xaç suyuna salınması mərasiminə getmək istədiyini deyib.