Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Sülhməramlılar Laçın yolundan keçən erməni uşaqlarının VİDEO-sunu yaydı

User 18 Yanvar 2023 - 19:32 (Last updated: 21 May 2025 - 20:15)
xankendi usaqla

Rusiya sülhməramlı kontingenti Qarabağda yaşayan azyaşlı ermənilərin Ermənistandan Xankəndiyə aparılmasının görüntülərini yayıb.

Rusiya sülhməramlı kontingentinin məlumatına görə, bir aydan çox Ermənistanda qalan 21 azyaşlı və onları müşayiət edən 6 nəfər yanvarın 17-də Xankəndiyə qaytarılıb.

Rusiya sülhməramlılarının yaydığı görüntülərdən də aydın olur ki, uşaqları daşıyan avtomobillər heç bir maneə olmadan Laçın-Xankəndi yolunda aksiya keçirilən yerdən keçir. Ermənilərin iddia etdiyi kimi, onlara qarşı hər hansı “cinayət əməli” törədilmir, yaxud hansısa uşaq “huşunu itirmir”.

 

Qeyd edək ki, Ermənistan tərəfi müxtəlif səviyyələrdə ağlasığmaz yalan və böhtanlar uyduraraq, Azərbaycanın ünvanına ittihamlar səsləndirir. Rusiya sülhməramlı kontingentinin yaydığı məlumat və video isə heç bir fakta söykənməyən bu ittihamları açıq şəkildə ifşa edir.

 

Xatırladaq ki, aksiya başlamazdan əvvəl uşaq “Eurovision”u ilə əlaqədar bir qrup azyaşlı Xankəndidən Ermənistanda gedib, orada qalmışdı. Onlar yanvarın 17-də Rusiya sülhməramlılarının avtomobilləri ilə Ermənistandan Xankəndiyə qaytarılıb. Avtomobillərin Laçın-Xankəndi yolunda aksiya keçirilən yerdən maneəsiz keçidinə şərait yaradılıb. Bu, bir daha sübut edir ki, yolun bağlı olması, blokada barədə erməni tərəfinin iddiaları əsassızdır. Humanitar yüklərin və mülki şəxslərin Laçın-Xankəndi yolunun aksiya keçirilən hissəsindən keçidi üçün heç bir maneə yoxdur.

 

https://cdn.apa.az/storage/apa.az/video-cdn/80235a22796d5d8e0fa0824e6e3d96f6.mp4

Post navigation

Previous: Neft Fondu ölkəyə ötən il neft və qazdan gələn gəliri açıqladı
Next: Kikboksinq məşçisi olan ərini öldürən qadın ifadə verdi –

Oxşar xəbərlər

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.