“Sülhməramlılar Qarabağdan Ermənistan silahlı birləşmələrini çıxarır” –

Polkovnik Senor Asratyan
21 Mart 2021 - 09:30

“Ermənistan Silahlı Qüvvələrinin bölmələri Qarabağdan çıxarılır”.

Bu barədə Ermənistan ordusunun keçmiş mətbuat katibi polkovnik Senor Asratyan “Facebook” hesabında paylaşım edib.

Onun sözlərinə görə, Rusiya sülhməramlılarının nəzarəti altında olan Qarabağ ərazisindən bütün erməni silahlı birləşmələri çıxarılır.