Sülhməramlıların komandanı ilə görüşdə Rusiya bayrağı tərsinə asıldı –

İrəvanda kuryoz (FOTO)
01 Aprel 2021 - 17:20

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan Qarabağda olan Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradovla görüşüb.

Azpost.info bildirir ki, Davtyan sülhməramlıların fəaliyyətinə görə təşəkkür edib. Tərəflər təhlükəsizlik və əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Gprüş zamanı kuryoz yaşanıb. Stola qoyulmuş Rusiyanın dövlət bayrağı tərsinə asılıb. Sülhməramlıların komandanı buna diqqət yetirməyib.