“Sülhməramlılar Qarabağda heç bir pozuntu qeydə almayıb” –Rusiya Müdafiə Nazirliyi

Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında olan ərazidə  iyulun 19-da heç bir pozuntu qeydə alınmayıb. 

Azpost.info bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

Məlumatda bildirilir ki, sülhməramlı qüvvələr Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirilməsi davam edir.

“Sülhməramlılar tərəfindən 27 müşahidə postunda gecə-gündüz atəşkəsə nəzarət həyata keçirilir, vəziyyətin monitorinqi  aparılır.

Sülhməramlılar Azərbaycan ordusunun dörd maşın karvanının təhlükəsiz yürüşünü təmin edib:

İki karvan -Şuşa-Zabux marşurutu və geriyə:

İki karvan – Şuşa-Zarıslı marşurutu və geriyə:

Mümkün qarşıdurmaların qarşısını almaq üçün Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahları ilə daimi qarşılıqlı əlaqə saxlanılır”.

 

Əvvəlki məqalə

Azərbaycan 4 yeni “Boeing” təyyarəsi alacaq

Sonrakı məqalə

Prezident Sumqayıtda Sənaye Parkında yeni müəssisələrinin açılışında iştirak edib