Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Sülhməramlılar Qarabağdan çıxmayanca sülh əldə olunmayacaq” –

User 12 Yanvar 2023 - 15:16 (Last updated: 21 May 2025 - 20:15)
de val

“Azərbaycan və Ermənistan arasında yaxın gələcəkdə heç bir sülhün mümkün olmadığı haqqında rəy var. Hamı düşünür ki, 2025-ci ildə sülhməramlıların missiyası başa çatana qədər sülh əldə olunmayacaq”.

Azpost.info bildirir ki, bu sözləri “Çətin Sual” verilişində Qarabağ üzrə Britaniyalı ekspert Tomas De Vaal deyib.

Onun sözlərinə görə, buna görə yeni münaqişədən qaçmaq üçün Qarabağda sülhməramlı missiya davam etməlidir: “Amma heç kim Rusiyadan razı deyil, xüsusən də Ukraynadakı müharibədən sonra. Azərbaycanda da, Ermənistanda da Rusiyaya etimad çox azdır. Ola bilər ki, Qarabağın özündə bir qədər çox etimad var. Amma hesab edirəm ki, son ayın hadisələrindən sonra (ekoloji fəallar) Qarabağda da ruslara etimad səviyyəsi  azalır”, deyə ekspert qeyd edib.

De Vaalın fikrincə, Paşinyanın KTMT ilə bağlı ifadələri onun bu təşkilat və ümumilikdə Rusiya üzrə xəttidir. Onun Ermənistanın KTMT-də iştirakı üçün perspektiv olmaması haqqında ifadələri bu versiyaya dəlalət edir: “Sirr deyil ki, baş nazir olmazdan əvvəl Paşinyan Ermənistanın Avrasiya İqtisadi Birliyində iştirakına qarşı çıxan nadir Ermənistan siyasətçilərindən biri idi. Deməli, bu, onun Rusiyaya qarşı şəxsi siyasətinin davamıdır”.

Ekspertin fikrincə, Rusiya, çox güman ki, Ermənistanın məcburi müttəfiqidir və Paşinyan daha geniş beynəlxalq münasibətlər spektrinə malik olmaq istərdi: “Bu mənada o, Fransaya, Avropa ölkələrinə, ABŞ-a böyük ümid bəsləyir. Amma, əlbəttə, real vəziyyət fərqlidir. Rusiya Ermənistanın və hazırda Qarabağ ermənilərinin təhlükəsizliyini təmin edən yeganə ölkədir”.

De Vaalın sözlərinə görə, BMT sülhməramlılarının Qarabağa yeridilməsi ideyası Qərbdə ekspertlər tərəfindən kifayət qədər geniş şəkildə müzakirə olunur.

Azpost.info

Post navigation

Previous: İsrailin yeni hökuməti Kiyevə hərbi dəstək verəcəkmi?
Next: Ermənistanlı deputat Qarabağda 40 min erməninin yaşadığını etiraf edib

Oxşar xəbərlər

zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00
putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56

xƏBƏR

zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00
Ukrayna Prezidenti Volodimir Zelenski müharibəni mümkün qədər tez başa çatdırmağa və münaqişəni hazırkı cəbhə xətti boyunca dondurmağa...
Read more about Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib
Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək? putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı buzlaq antrak
  • Maraqlı

Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı

User 23 Oktyabr 2026 - 23:05
ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.